Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əsas fəaliyyətlərindən biri xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının, yəni xarici diplomların tanınması olaraq müəyyənləşdirilib. Onun fəaliyyəti xaricdə keyfiyyətli təhsil almış şəxslərin Azərbaycanda təhsillərinə davam etməsinə və əmək bazarına daxil olmasına daha da rahat imkan yaradır.
Agentlikdən "Report"a bildirilib ki, bu məsuliyyətli fəaliyyətin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi üçün dövr ərzində bir çox texnoloji, innovativ işlər görülüb, hüquqi baza təkmilləşdirilib.
Belə ki, beynəlxalq təcrübə də nəzərə alınmaqla tanınma prosesinin təkmilləşdirilməsi və sənədləşmə tələblərinin sadələşdirilməsi məqsədi ilə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının yeni layihəsi hazırlanıb.
Elektron Ərizə Sistemi yenidən təşkil olunaraq, “Sıfır Təmas” prinsipi tətbiq edilib. Vətəndaşların rahatlıqla kabinetlərindən əldə edə biləcəkləri elektron arayışlar istifadəyə verilib. Ərizəçilərin diplomlarının tanınması barədə yekun qərarın daha da sürətli verilməsi üçün digər qurumlar ilə real vaxt rejimində inteqrasiyalar aparılıb. Təsadüfi deyil ki, artıq 2021-ci il ərzində ərizələrin orta icra müddəti 20 gündən də az müddətə tamamlanıb.
Paralel olaraq tanınma haqqında şəhadətnamələrin tamamilə elektron qaydada verilməsi üçün texniki işlər tamamlanaraq, sənədlərin həqiqiliyinin təsdiqi üçün həm də QR yoxlama mexanizmi hazırlanıb. Sözügedən işlər tanınma prosesində vətəndaş-məmur təmasını sıfıra endirilməsilə yanaşı bütün proseslərin daha da şəffaf və sürətli təşkil edilməsinə dəstək olub.
Qeyd edək ki, Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə 250 manat məbləğində xidmət haqqı təsdiq edilib.
"Sonda, bir daha vətəndaşlarımıza Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmədiyini, eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadığını bildiririk. Vətəndaşlarımızdan bu kimi hallarla rasltaşdıqları halda elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik", - məlumatda bildirilib.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2019-cu il 29 dekabr tarixli fərmanına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi çevrilmə yolu ilə yenidən təşkil edilib və publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ermənistan təxribata üstünlük verir - Çavuşoğlu
Türkiyə xarici işlər nazirinin Azərbaycana səfər proqramı məlum olub
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edib
İcbari tibbi sığorta ilə bağlı ödənişin məbləği dəyişir
Kolbasanın içində yad cisim: İstehlakçı şikayət edir, AQTA araşdırmaya cəlb olunub
Sükan arxasında "Rus ruletkası": Yollarımızda hər il niyə yüzlərlə insan itiririk?
Səfərbərlik Xidmətində 88 nəfərlə bağlı materiallar Baş Prokurorluğa göndərildi
Dağıdıcı güc, yoxsa inkişaf mühərriki? Müharibələrin dünya iqtisadiyyatına real təsiri
Rusiya Kiyevə kütləvi hücum zamanı 28 ballistik raket tətbiq edib
Bağçalara elektron qəbula başlanılır
Məşhur tiktoker "Arzum" həbs edildi
Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi
Andına sadiq qalan Polis Şəhidlərimiz
Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə yaxından tanış olub
Şərəfli ömür və döyüş yolu: Milli Qəhrəman Asif Məhərrəmov
Avtomobil almaq istəyənlər üçün yeni fürsət: Maşınlar ucuzlaşdı
İyulun 5-də imtahan verəcək abituriyentlərə DİM-dən xəbərdarlıq
Azərbaycanda qadınların pensiya yaşı artırıldı
Azərbaycanda bu valyuta bahalaşdı
Bu əcnəbilər Azərbaycana vizasız gələ bilər – Təsdiqləndi
Ukraynaya dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu
Yeni peşə təhsili ixtisasları yaradıldı - Baş nazirdən qərar
Daha 6 itkin-şəhid dəfn ediləcək
Həkim məsləhəti olmadan verilən vitamin uşağı xəstəxanalıq etdi
Bu yolda hərəkət qismən məhdudlaşdırılır - 5 gün..
Bakıda itkin düşmüş şəxslər məsələsinin həllinə dair beynəlxalq konfrans keçirilir
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər
Prezident İlham Əliyev Türk Dünyası Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb
Rəsmi Bakıdan İsrailə kəskin reaksiya: "Bu addım tamamilə qəbuledilməzdir!"
İrandan Bəhreyn ərazisinə PUA hücumu: Xarici İşlər Nazirliyindən bəyanat
Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi olub
19 illik ömrünü Vətənə həsr edən qəhrəman – Şəhid Rameş Zəkiyevin doğum günündə əziz xatirəsi ehtiramla anılır
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Bu gün UFC Fight Night Baku keçiriləcək
Yağış yox, məsuliyyətsizlik şəhəri iflic edir – Bakı və ətraf qəsəbələr nə vaxta qədər eyni mənzərəni yaşayacaq?
Qürurlu addımlar: Bakı və Xankəndidə Azərbaycan əsgərinin zəfər yürüşü böyük coşqu ilə qarşılandı
TƏBİB-in icraçı direktorunun müavini bu şəxs OLDU
Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi