sedanews.az
sedanews.az

Azərbaycan iqtisadiyyatı bundan sonra daha da inkişaf edəcəkdir

7-06-2021, 11:26 528 dəfə baxılıb

Azərbaycan iqtisadiyyatı bundan sonra daha da inkişaf edəcəkdir


      Ölkə iqtisadiyyatının inkişafını şərtləndirən amillərdən biri dövlətin həyata keçirdiyi iqtisadi siyasətdir. Bu gün Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunmuş, şaxələnmiş və social yönümlü bir iqtisadiyyatdır. Bu siyasət ölkə başçısının iradəsi ilə dövlət sənədlərində, Strateji Yol Xəritələrində, uzunmüddətli sosial-iqtisadi inkişafa dair nəzərdə tutulan Milli Prioritetlərdə öz təsdiqini tapmışdır. 

      Ötən ilin noyabr ayında Qələbə nəticəsində 30 ildən artıq düşmən tapdağı altında olan ərazilərimizin işğaldan azad edilməsi nəticəsində yaxın gələcəkdə bu regionların da ölkəmizin iqtisadiyyatının inkişafına böyük təkan verəcəyi şübhəsizdir. Bu rayonların iqtisadiyyatlarının ölkənin ümumi iqtisadiyyatına daxil edilməsi həm kənd təsərrüfatı, həm qeyri-neft sektoru, həm də nəqliyyat, rabitə və loqistika sahəsində əhəmiyyətli inkişafı təmin edəcəkdir.  

        Regional inkişaf proqramları çərçivəsində həyata keçirilən siyasətin məntiqi davamı olaraq ölkədə qeyri-neft sektorunun xüsusu çəkisi artmışdır. Müasir tipli infrastruktur obyektlərinin yaradılması, yolların bərpası və digər tədbirlər qeyri-neft sektorunun dinamik artımına zəmin yaratmışdır. Dövlət proqramlarında müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli istifadə, infrastruktur təminatının yaxşılaşdırılması istqamətində tədbirlər davam etdirilməkdədir.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Dövlət proqramında növbəti onillikdə beş istiqamətdə aşağıdakı Milli Prioritetlərin reallaşdırılması hədəf kimi qarşıya qoyulmuşdur: 

·Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

·Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

·Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

·İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

·Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

         Nəzərdə tutulan iqtisadi siyasət vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biri olmaqla ölkədə adambaşına düşən milli gəlirin artmasına imkan verəcəkdir. Eyni zamanda bu iqtisadi siyasətin ölkə iqtisadiyyatına qabaqcıl texnologiyalara malik xarici investisiyaların cəlb edilməsi təmin edilməklə, beynəlxalq təcrübə nəzərə alınmaqla, korporativ idarəetmə standartları tətbiq edilməklə həyata keçirilməsini nəzərdə tutur.

        Milli iqtisadiyyatımızın daxili və xarici mühitlərin təsirinə dayanıqlılığının artırılması, makroiqtisadi sabitliyin daha möhkəmləndirilməsi əsas istiqamətlərdəndir.

Proqramda dünyada artan rəqabətə hazır olmaq üçün müasir təlblərə cavab verən insan kapitalının formalaşdırılması, yüksək keyfiyyətli təhsilə nail olunması əsas şərt olaraq qarşıya qoyulmuşdur. 

        Ölkəmizdə aparılan davamlı inkişaf strategiyası beynəlxalq təşkilatlar və iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankının dərc etdiyi “Doing Business- 2020” hesabatında Azərbaycanın dünyanın 20 ən islahatçı dövləti siyahısına daxil edilməsi də dövlət başçısının apardığı uğurlu iqtisadi siyasətin doğru olduğunu bir daha sübut edir.  

        Dövlətimiz bütün sahələrdə qarşısına qoyduğu strateji vəzifələri ardıcıl olaraq uğurla yerinə yetirməkdə davam etməkdədir.


“Suraxanı maşınqayırma zavodu” ASC-nin sədri Vahid Mahmudov







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA