Sizin reklam burada728x90
Son dəqiqə:
» » Bakının ən böyük dairəsində təmir işlərinə başlanıldı

Bakının ən böyük dairəsində təmir işlərinə başlanıldı

21.11.2024, 16:42 Gündəm Çap et




  Bakıda nəqliyyat vasitələrinin hərəkəti üçün ən çətin hesab olunan Ukrayna dairəsində təmir işlərinə başlanılıb.
 Təmir nəticəsində burada tam yeni dairəvi hərəkət sxemi təşkil olunacaq.
Layihə çərçivəsində mövcud dairənin yerində yeni turbo tipli dairənin inşa edilməsi planlaşdırılır ki, bu, nizamlanmayan mürəkkəb yol kəsişmələri üçün yeni bir yanaşma, eyni zamanda müasir həll yolu hesab edilir.
Turbo tipli dairəvi hərəkət sxeminə uyğun olaraq, mübahisəli nöqtələr minimuma endiriləcək və təhlükəsizlik təmin olunacaq. Bundan başqa, dairənin hərəkəti buraxma qabiliyyəti artırılacaq.
Axar.az