sedanews.az
sedanews.az

Antalya Forumu BAŞLADI

11-04-2025, 11:30


Türkiyədə IV Antalya Diplomatiya Forumu (ADF2025) işə başlayıb.
sedanevs.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) ev sahibliyi ilə keçirilən tədbir bu il “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusunu əhatə edir.
Dörd mindən çox qonağın qatılacağı ADF2025-də dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısının iştirakı nəzərdə tutulur. Tədbirdə 50-dən çox ölkə xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazirlə təmsil edilir. Foruma, həmçinin təxminən 60 yüksəksəviyyəli beynəlxalq təşkilatın nümayəndələri qatılır.
Üç gün davam edəcək tədbirdə müxtəlif coğrafiyaları əhatə edən məsələlər, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin önəmli mövzularının müzakirə ediləcəyi 50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA