sedanews.az
sedanews.az

Bu ölkə Tehrandakı səfirliyini bağladı - Diplomatları Azərbaycana göndərir

Bugün, 09:38


İranda təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi səbəbindən Avstraliya Tehrandakı səfirliyini müvəqqəti bağlamaq və diplomatik işçilərini evakuasiya etmək qərarına gəlib.
 
sedanevs.az xəbər verir ki, bu haqda Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.
 
Avstraliya Xarici İşlər Nazirliyinin saytında verilən açıqlamaya görə, səfirliyin bütün əməkdaşları və onların ailə üzvləri ölkəni tərk edəcək. Yeganə istisna, hökumətin böhrana reaksiyasını koordinasiya etmək üçün regionda qalacaq səfirdir.
 
İranı tərk edən Avstraliya vətəndaşlarına kömək etmək üçün Azərbaycana konsulluq əməkdaşları ezam olunub. Açıqlamada vurğulanıb ki, İranı təhlükəsiz şəkildə tərk edə biləcək bütün avstraliyalılar bunu mümkün qədər tez etməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA