Sizin reklam burada728x90
Son dəqiqə:
» » Milli Məclis büdcənin icrasını təsdiqləyib

Milli Məclis büdcənin icrasını təsdiqləyib

04.07.2025, 11:58 Gündəm Çap et

"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
sedanevs.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.
Belə ki, ötən il büdcənin gəlirləri 37 milyard 161.8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5.5%-dən, proqnozdan isə 2.1% çoxdur. Büdcənin xərcləri isə 37 milyard 713.6 milyon manat olub ki, bu da illik müqayisədə 3.4% çox, proqnozdan isə 5.1% azdır. İl ərzində büdcənin kəsiri 551.8 milyon manat və yaxud ÜDM-in 0.4%-ni təşkil edib.
Layihə müzakirələrdən sonra təsdiq edilib.