sedanews.az
sedanews.az

İlham Əliyev sabah Paşinyanla görüşəcək

9-07-2025, 12:33



Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçiriləcək.
sedanevs.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Ermənistan KİV-nin yaydığı məlumata görə, Baş nazir Nikol Paşinyan bu gün - iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedir. Məlumatı Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan da təsdiqləyib.
Qeyd edilib ki, bu gün Əbu-Dabidə Ermənistan Respublikasının baş naziri Nikola Paşinyanın BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü planlaşdırılır.
"İyulun 10-da Ermənistan və Azərbaycan arasında sülh prosesi çərçivəsində Əbu-Dabidə Ermənistan Respublikasının Baş naziri Nikola Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında ikitərəfli görüş keçiriləcək", - Ermənistan mediasının xəbərində bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA