sedanews.az
sedanews.az

Samir Şərifova daha bir vəzifə verildi - SƏRƏNCAM

Bugün, 15:58


Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb.
sedanevs.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov İşçi qrupun rəhbəri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İşçi qrupun rəhbərinin müavinləri təyin ediliblər.
İşçi qrupun üzvləri aşağıdakılardır:
Eldar Əzizov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Rəşad İsmayılov - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini
Anar Kərimov - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Rəhman Hümmətov - Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Adil Abdullayev - Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Rövşən Nəcəf - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
Balababa Rzayev - "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri
Vüqar Əhmədov - "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri
İlham Mirzəliyev - "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri
Mətin Eynullayev - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA