sedanews.az
sedanews.az

Belə üsullarla "WhatsApp"ınıza girirlər - XƏBƏRDARLIQ

29-10-2025, 15:01

Belə üsullarla "WhatsApp"ınıza girirlər - XƏBƏRDARLIQ


   Son dövrlərdə "WhatsApp" istifadəçilərinə qarşı icazəsiz giriş cəhdlərinin sayı artıb.
 Elektron Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, kiberdələduzlar bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli linklər vasitəsilə istifadəçilərin hesablarına girməyə çalışırlar.
  Bu üsulla vətəndaşlardan SMS vasitəsilə göndərilən təsdiqləmə (OTP) kodları ələ keçirilir. Kodlar paylaşıldığı halda istifadəçilərin hesabları oğurlanır və onların adından yaxınlarına saxta mesajlar göndərilir. Nəticədə şəxslərin maliyyə vəsaiti və şəxsi məlumatlarının ələ keçirilməsi riski yaranır.
   ETX vətəndaşları bu hallara qarşı diqqətli olmağa çağırır və hesabların qorunması üçün bir sıra təhlükəsizlik tədbirlərini tövsiyə edir: tanımadığınız nömrələrdən gələn linkləri açmamaq, tətbiqləri yalnız rəsmi mənbələrdən yükləmək, OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməmək, ikimərhələli təsdiqləməni aktivləşdirmək, şübhəli hallarda tətbiqin dəstək xidmətinə müraciət etmək, profil məlumatlarını yalnız kontaktlara görünəcək şəkildə məhdudlaşdırmaq və yaxınları, xüsusilə yaşlı şəxsləri belə dələduzluqlardan xəbərdar etmək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA