Sizin reklam burada728x90
Son dəqiqə:
» » Noyabrın 25-dən 29-dək Bakının bu ərazilərində su olmayacaq

Noyabrın 25-dən 29-dək Bakının bu ərazilərində su olmayacaq

24.11.2025, 16:22 Gündəm Çap et

  Sabahdan Bakıda və Xırdalanda 5 gün suyun verilməsində fasilələr olacaq.
 Sedanews.az xəbər verir ki, sabahdan etibarən Bakının Xəzər, Yasamal, Sabunçu, Xətai rayonlarının, eləcə də Abşeron rayonunun, o cümlədən Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilməsində fasilələr yaranacaq.
Fasilələr Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan işlərlə əlaqədardır. 
Noyabrın 29-dan etibarən isə suyun verlişi adi rejimdə bərpa olunacaq.