DataLife Engine / Rus sərhədçilər Azərbaycan sərhədindən çəkilir? - Peskov

Rus sərhədçilər Azərbaycan sərhədindən çəkilir? - Peskov

Rus sərhədçilər Azərbaycan sərhədindən çəkilir? - Peskov

  Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan qısa müddətdə müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər.
  Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
 Gümrüdə yerləşən 102-ci hərbi baza ilə bağlı sualı cavablandıran Peskov bildirib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal yoxdur.
  Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığı çərçivəsində 2021-ci ildə Tavuş vilayətində Azərbaycanla sərhəddə Rusiya sərhəd mühafizə postları yerləşdirilməsi və hazırda rus sərhədçilərin bu postlardan geri çəkilməsi məsələsinə toxunan Peskov vurğulayıb ki, bu da müzakirə ediləcək:
“Biz gözləyirik ki, qısa müddətdə Prezident Putin və Baş nazir Paşinyan bu və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”.
  Axar.az
23-04-2024, 11:59
Go back