Rus sərhədçilər Azərbaycan sərhədindən çəkilir? - Peskov
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan qısa müddətdə müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Gümrüdə yerləşən 102-ci hərbi baza ilə bağlı sualı cavablandıran Peskov bildirib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal yoxdur.
Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığı çərçivəsində 2021-ci ildə Tavuş vilayətində Azərbaycanla sərhəddə Rusiya sərhəd mühafizə postları yerləşdirilməsi və hazırda rus sərhədçilərin bu postlardan geri çəkilməsi məsələsinə toxunan Peskov vurğulayıb ki, bu da müzakirə ediləcək:
“Biz gözləyirik ki, qısa müddətdə Prezident Putin və Baş nazir Paşinyan bu və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”.
Axar.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.