Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama

Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailə üzvlərinin sosial-psixoloji reabilitasiyası ilə bağlı kompleks tədbirlər planı hazırlanıb.
Sedanews.az Axar.az-a isitinadən xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə ailənin qiymətləndirilməsi aparılıb:
"Qiymətləndirmənin nəticələrinə əsasən, ailə üzvlərinin sosial-psixoloji reabilitasiyası istiqamətində kompleks tədbirlər planı hazırlanıb. Proses boyunca peşəkar sosial işçilər və psixoloqlar tərəfindən ailəyə mütəmadi dəstək göstəriləcək".
Qeyd edək ki, aprelin 1-i saat 18:10 radələrindən başlayaraq Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, biri ölüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: