
İranın Hörmüzqan əyalətinin Sərgəz şəhəri yaxınlığında 5 bal gücündə zəlzələ qeydə alınıb.Sedanews.az
Axar.az=a istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar 22 kilometr dərinlikdə baş verib.
Zəlzələ Bəndər-Abbas şəhərində də hiss olunub.
İlk təkanlardan təxminən yarım saat sonra ərazidə 3,9 bal gücündə ikinci zəlzələ olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.