Mərkəzi Bankın valyuta ehtiyatları 6 % AZALIB
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.
sedanevs.az AMB-yə istinadla xəbər verir ki, bu il fevralın 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 10 milyard 988,5 milyon dollar təşkil edib.
Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 29 milyon dollar çoxdur.
AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 5,6 % azalıb.