Uşaqlar arasında da yoluxma sürətlə artır
Son günlərdə koronavirusa yoluxanların sayının sürrətlə artması cəmiyyətdə narahatlığa səbəb olub.Axar.az Redaktor.az-a istinadən xəbər verir ki, yeni Britaniya ştammının klinik əlamətləri artıq uşaqlarda da aşkar olunub. Həkimlər qeyd edirlər ki, xüsusilə 8-12 yaş arası uşaqlarda özünü daha çox büruzə verən virus ciyərlərə təsir göstərməyibsə, uşaqların dərman qəbul etməsi məsləhət deyil.
Həkim-infeksionist Nilufər Məmmədova uşaqlar arasında yoluxmanın davam etdiyini bildirib:
“Uşaqlarda da bu virusa yoluxma var, sadəcə onlar arasında ağırlaşma prosesi az müşahidə olunur. Uşaqlar bu xəstəliyin ağırlaşmasına görə risk qrupuna daxil deyillər.
Uşaqları bu virusdan qorumaq üçün valideynlərdən övladlarının gigiyenası ilə daha ciddi məşqul olmağı, insanların çox toplandığı məkanlardan uzaq durmağı, maskadan istifadə etmələrini tövsiyə edirik".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.