sedanews.az
sedanews.az

Nyu-Yorkda Ərdoğan və Kobaxidze arasında görüş keçirilib

Bugün, 11:20


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Gürcüstan hökumət administrasiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsi və müxtəlif sahələrdə uğurlu əməkdaşlıq vurğulanıb.
Tərəflər siyasi və iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanı xüsusi qeyd ediblər. Bildirilib ki, Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşı olaraq qalır.
Görüşdə regional əhəmiyyət daşıyan və regionun inkişafına, eləcə də əlaqəliliyin gücləndirilməsinə mühüm töhfə verən birgə strateji layihələr müzakirə olunub. Bu çərçivədə tam gücü ilə fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti qeyd edilib.
Görüş zamanı nəqliyyat və enerji sektorlarında əməkdaşlıq məsələləri də müzakirə olunub.
Regionun dayanıqlı və sabit inkişafı üçün sülhün xüsusi əhəmiyyəti vurğulanıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA