sedanews.az
sedanews.az

Bu hadisə bir fürsətdir, Bakı qəti addım atmalıdır

12-07-2021, 11:00 335 dəfə baxılıb

Bu hadisə bir fürsətdir, Bakı qəti addım atmalıdır

ATƏT-in Minsk Qrupu işğalçı ölkəyə qarşı heç bir addım atmayıb, bir dənə də olsun, sanksiya qəbul etməyib. Bəyanatdan başqa biz Minsk Qrupundan heç nə eşitməmişik.
 Bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Real TV-yə müsahibəsində deyib.
T.Zülfüqarov qeyd edib ki, Azərbaycan öz gücünə münaqişəni həll edib:
“Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa edib. İndi onların nə ixtiyarı var ki, gəlib bizə söz desinlər?! Biz 1991-ci ildə vasitəçilik istəmişik. Amma indi 2021-ci ildir və vaxt gəlib. Biz onlara “çox sağ olun, vasitəçiliyə ehtiyac yoxdur” deməliyik. İndi onlar bizə lazım deyillər. Hesab edirəm ki, bu hadisəni bir səbəb kimi istifadə edərək, qəti addım almalıyıq”.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin – Rusiya, ABŞ və Fransanın Bakıdakı səfirləri diplomatik korpus nümayəndələrinin Şuşaya təşkil edilən səfərinə qatılmaqdan imtina edib.
Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA