sedanews.az
sedanews.az

Lavrov: Moskva İrəvanla Bakı arasında normallaşmaya kömək etməyə hazırdır

21-01-2025, 14:37 95 dəfə baxılıb


Rusiya Ermənistanla Azərbaycan arasında bütün istiqamətlərdə münasibətlərin normallaşmasına kömək etməyə hazırdır.
sedanews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlar zamanı deyib.
“Biz 2020-ci və 2022-ci illərdə üç ölkənin rəhbərləri tərəfindən əldə edilmiş üçtərəfli razılaşmaların inkişafı məqsədilə Ermənistan və Azərbaycan arasında bütün sahələrdə münasibətlərin normallaşmasına lazımi dəstək verməyə hazırıq", - nazir bildirib.
Rusiya ilə Ermənistan arasında əməkdaşlığa toxunan Lavrov iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin yüksəlişdə olduğunu deyib.
"Ticarət dövriyyəsi rekord səviyyəyə çatır, keçən il təxminən 12 milyard dollar təşkil edib", - o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA