sedanews.az
sedanews.az

Eyni mərtəbədə yaşayırlar, bir-birlərini tanımırlar - Qonşuluq niyə itir?

Bugün, 15:40


"Ev alma, qonşu al", - bu hikmətli söz qonşunun insanın gündəlik həyatındakı əvəzsiz rolunu və psixoloji rahatlığındakı payını çox gözəl ifadə edir. Çətin gündə dara çatan ilk sığınacaq, sevincini və kədərini bölüşən ən yaxın insan məhz qonşudur.
Lakin müasir dövrdə sürətli şəhərləşmə, texnologiyanın inkişafı və gündəlik həyatın dəyişkənliyi qonşuluq münasibətlərini də müəyyən qədər dəyişdirir. Bir çox hallarda eyni binada, hətta eyni mərtəbədə yaşayan insanlar bir-birlərini tanımır, bu isə cəmiyyətdə tənhalıq və yadlaşma duyğusunu gücləndirir.
Mövzuyla bağlı sosioloq Mail Yaqub Modern.az-a danışıb. Onun sözlərinə görə qonşuluq əlaqələri kiçik icmalarda, kəndlərdə isti olduğu halda, böyük şəhərlərdə insanlar soyuqlaşırlar.
“Buna təsir edən bir çox amillər var. Birinci amil odur ki, böyük şəhərlərdə insanlar bir-birinə güvənə, etibar edə bilmirlər. Bu güvənsizlik insanlarda soyuqluq yaradır.
İkinci amil isə şəhərdə rənglər, məşğuliyyətlər çoxdur. Rənglər çox olduqda, insanların bir qədər fikri dağınıq olur, qonşusu ilə artıq münasibət yaratmağa halı-hövsələsi qalmır.
Üçüncü - ən əsas amil sosial şəbəkələrdir. Kənd yerlərində də sosial şəbəkədən istifadə olunur. Ancaq qeyd etdiyim kimi, kiçik icmalarda adam az olduğu üçün əlaqələr daha möhkəmdir.
Bu amillər, təəssüflər olsun ki, soyuqluğa təsir edir”. 

Sosioloq vurğulayıb ki, şəhər yerində də qonşular bir-birinin halından xəbərdar olmalıdır.
“Çünki elə bir vəziyyət, situasiya yarana bilər ki, insan qonşunun kiçik köməyinə də ehtiyac duya bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA