Bu gün səhər saatlarından Bakıya yağan yağış Bağırov körpüsündə hərəkəti çətinləşdirib. Axar.az həmin görüntüləri təqdim edir:
Xatırladaq ki, bir neçə gün öncə yağan güclü yağışlar nəticəsində sözügedən körpünü su basmış, həmin ərazidə hərəkət tam dayandırılmışdı.
***
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, səhər saatlarından etibarən aidiyyatı qurumların birgə əlaqəli fəaliyyəti nəticəsində Heydər Əliyev prospektində yerləşən “Bağırov” körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb.
Körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib.
Paytaxda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.