sedanews.az
sedanews.az

Şimşək, dolu, qar - Günün havası

24-03-2025, 10:12


Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.
 
Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
 
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA