DataLife Engine / Müharibə veteranlarının müavinətləri nə vaxt artırılacaq?

Müharibə veteranlarının müavinətləri nə vaxt artırılacaq?

   Müharibə veteranlarına verilən müavinətlərin artırılması növbəti islahat paketlərində nəzərə alınacaq.

   Bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, hazırkı sosial paket daha çox şəhid ailələri və müharibə əlilliyi olan şəxsləri əhatə edir.
   A.Kərimov həmçinin qeyd edib ki, yeni sosial paket yanvarın 1-dən tətbiq olunsa da, hesablanaraq fevralda ödəniləcək.
13-01-2023, 13:37
Go back