Müharibə veteranlarının müavinətləri nə vaxt artırılacaq?
13-01-2023, 13:37
Müharibə veteranlarına verilən müavinətlərin artırılması növbəti islahat paketlərində nəzərə alınacaq.
Bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. O bildirib ki, hazırkı sosial paket daha çox şəhid ailələri və müharibə əlilliyi olan şəxsləri əhatə edir. A.Kərimov həmçinin qeyd edib ki, yeni sosial paket yanvarın 1-dən tətbiq olunsa da, hesablanaraq fevralda ödəniləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: