sedanews.az
sedanews.az

54 müsəlman türkün ölüm olayı hər gün bu cür xatırladılır

25-12-2023, 14:21 158 dəfə baxılıb

  İnternetdən istifadə zamanı qarşımıza çıxan “Http 404 page not found” sözünün çox faciəli tarixi var.   Bunun texniki izahı belədir: Bu xəta tələb olunan faylın veb serverlərdə tapılmadığı deməkdir. İstifadəçi serverə qoşulur, lakin istədiyiniz nəticəyə çata bilmir.

  Bəs, bu sözün internet termininə çevrilməsinə səbəb olan tarixi hadisə hansıdır?
  1989-cu ilin 28 avqustunda Pakistan Beynəlxalq Hava Yollarına məxsus yerli sərnişin təyyarəsi ölkənin şimalında yerləşən Gilgit şəhərindən İslamabada doğru yola düşür. Məlumat üçün deyim ki, bu bölgədə indi şinlər, yaşkunlar, kəşmirlilər və digər millətlər yaşasalar da, soykökləri Şərqi Qaraxanilər dövləti ilə bağlıdır. Ərəb müəllifləri Qaraxanilər sülaləsini “Əfrasiyabın varisləri” adlandırır və “Arslan xan”, “Buqara xan” və “Xaqan” titullarını daşıdıqlarını yazırlar. Bir qrup tədqiqatçı Qaraxanilər sülaləsini uyğurlara, digərləri karluklara, Türkiyə tarixçiləri isə Altay türklərinə aid edirlər.   Son tədqiqatlar Qaraxanilər sülaləsinin türkmənşəli çiqil tayfasından çıxdığını göstərmişdir.
  Pilotlardan biri saat 07:40-da uçuşun normal olması barədə məlumat verir. Və… daha sonra təyyarə ilə əlaqə saxlamaq mümkün olmur.
 54 sərnişinin taleyi barədə heç bir məlumat yoxdur, onların itkin düşdüyü və öldüyü güman olunur. Himalay dağlarında (Gilgit ərazisində hündürlüyü 7 min metrdən çox olan 50-dən artıq dağ zirvəsi var, yəni bölgə dağlıq ərazidir – red.) qəzaya uğradığı güman edilən təyyarənin qalıqları indiyədək aşkar olunmayıb.
Təyyarənin uçuş nömrəsi "404" idi...
 Məhz uzun axtarışlar nəticə vermədiyi, bu günə qədər də taleyi barədə məlumat olmayan təyyarə və sərnişinlərinin xatirəsini əbədiləşdirmək üçün Dünya Hörümçək Toru sistemində “Http 404 page not found” sözü yarandı...
  1989-cu ildə baş verən hadisə WWW sistemini quran Tim Berners Li və Robert Kayo tərəfindən    1990-cı ildə proqram sisteminə daxil edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA