sedanews.az
sedanews.az

Şagirdlər üçün qış tətili niyə azdır? - Ekspert

27-01-2020, 12:26 42 dəfə baxılıb

Şagirdlər üçün qış tətili niyə azdır? - Ekspert




                Bu gündən etibarən orta məktəblərdə qış tətili başlayıb. Bəzi valideynlər məktəblərdə tez-tez tətil edildiyini, bunun uşaqların dərsdən yayınmasına gətirib çıxardığını deyirlər.
Mövzu ilə bağlı Axar.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, Azərbaycanda tədris ilində tətillər valideynlərin düşündüyü kimi çox deyil, əksinə daha azdır:
“Təhsildə fasilələr olmalıdır. Bu tətillər şagirdlərin dincəlməsi və itirdiyi enerjini bərpa etməsi üçün nəzərdə tutulub. Valideynlərin tətillərdən narazılıq etməsi çox qorxulu bir amildir. Bəzi valideynlərdən olsa, deyəcəklər ki, uşaqlar gecələr də dərs oxusun. Ümumiyyətlə, uşaqların istirahət vaxtı düzgün müəyyən olunmalıdır. Hazırkı tədris ilinin cəmi iki yarımilə bölünməsi və tətillərin belə qısa olması normal deyil”.
Ekspertin sözlərinə görə, məktəblərin tətilə buraxılma bölgüsündə yanlışlıqlar var:
“Əslində, tətil ən azı 2 həftə olmalıdır ki, şagirdlər rahat istirahət edə bilsinlər. 3 aylıq tətil böyük problemdir. Yəni tədris ilində 3 aylıq fasilə olmamalıdır. Təhsili inkişaf etmiş ölkələrdə 34 həftəlik tədris ili üç yarımil formasında bölünüb. Hesab edirəm ki, bizdə də yay tətilinin müddəti azaldılaraq 3-5 günlük, bir həftəlik tətil müddətlərinə paylanılmalıdır”.
E.Qafarov 3 aylıq yay tətilinin şagirdləri passivləşdirdiyini deyib:
“Beynəlxalq təcrübədə yay tətili 15-20 gün formasında yarımillər arasında paylaşdırılır. Təhsildə yay tətilinin 3 aylıq olması yalnız MDB ölkələrində mövcuddur. Tədris ilinin 34 həftədən 36 həftəyə keçirilməsi artıq günün tələbidir. Çox istərdim ki, dərslər avqustun 1-də başlasın, iyunun 15-nə qədər davam etsin. Yerdə qalan tətil günləri də yarımillər arasında paylanılsın”.
Qeyd edək ki, ümumtəhsil məktəblərində 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən edilib. Bundan əlavə, Azərbaycanda şagirdlər il ərzində Yeni il bayramı, 20 Yanvar - Ümumxalq Hüzn Günü, 8 Mart - Qadınlar Günü, Novruz bayramı, 9 May - Qələbə Günü, Ramazan bayramı, 28 May - Respublika Günü, 9 Noyabr - Dövlət Bayrağı Günü, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə dərsə getmirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA