sedanews.az
sedanews.az

İlk dərslərdə mövzular nə olacaq?

14-09-2020, 11:33 17 dəfə baxılıb

İlk dərslərdə mövzular nə olacaq?



Yeni tədris ilində ilk dərslərin həsr olunacağı mövzular müəyyənləşdirilib.
Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ilk dərslər I-IV siniflərdə (əyani formada) "Gigiyena qaydalarına necə əməl edirəm?", V-IX siniflərdə (distant (məsafədən) formada) "Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir", X-XI siniflərdə (distant (məsafədən) formada) "Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir" mövzularına həsr olunacaq.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA