sedanews.az
sedanews.az

Ermənistan ordusu FƏLAKƏTLƏ ÜZ-ÜZƏ: Yaxın günlərdə... - ŞOK DETALLAR AÇIQLANDI

15-10-2020, 16:00 561 dəfə baxılıb

Ermənistan ordusu FƏLAKƏTLƏ ÜZ-ÜZƏ: Yaxın günlərdə... - ŞOK DETALLAR AÇIQLANDI

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələrinin qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Əldə olunan məlumata görə, düşmən ölkədə canlı qüvvə, döyüş texnikası, silah-sursat, yanacaq tükənmək üzrədir.
Bəs, silah-sursat və digər texniki vasitələrlə yanaşı, insan resursu baxımından da çətinlik çəkən Ermənistan Azərbaycan Ordusu qarşısında nə qədər tab gətirə bilər?
Mövzu ilə bağlı Publika.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, həm düşmən ordunun verdiyi itkilər, həm də ölkədə baş verən məlum hadisələr Ermənistan silahlı qüvvələrini, o cümlədən də dövləti elə çıxılmaz bir vəziyyətə salıb ki, onlar yaxın bir neçə gündə heç əsgərlərini belə qidalandıra bilməyəcəklər: “Hər bir müharibənin aparılma qaydası var. Ermənilər Azərbaycana qarşı müharibəyə başlamamışdan öncə yaxşı-yaxşı fikirləşməli idilər. İndi artıq 19-cu gündür ki, döyüşlər gedir. Əlbəttə ki, Ermənistanın silah-sursatı tükənəcək. Hazırda Ermənistan qida, yanacaq, texniki baxımdan çox çətinliklər yaşayır. Silah-sursatla bağlı yaranan problem isə həll edə bilmirlər. Yaxın günlərdə Ermənistan elə bir iflic vəziyyətə düşəcək ki, bəlkə də əsgərlər silahı öz komandirlərinə, ordu rəhbərliyinə qarşı istifadə edəcək. Hərbi hissələr, alaylar, taborlar darmadağın edilib. Taborlarda hər şey tükənmək üzrədir və artıq Ermənistanın onları təmin etməyə imkanı da yoxdur. Əhval-ruhiyyələri sönüb, çətinliklər get-gedə artır. Hesab edirəm ki, yaxın günlərdə Ermənistan ordusu üçün fəlakətli anlar başlayacaq”.
Ü.Cəfərovun sözlərinə görə, Ermənistanda real olaraq heç 2.5 milyon əhali yoxdur və onun da əksəriyyəti ölkədən qaçmağı düşünür: “Əhali ölkəni tərk etməyə başlayıb. Digərləri də hazırda döyüşlərə görə ölkədən çıxmağa çalışır. Döyüşmək istəyən isə demək olar ki, yoxdur. Buna görə də muzdluları orduya cəlb edirlər. Ancaq bunun heç bir xeyri yoxdur. Azərbaycan Ordusu öz məqsədlərinə doğru inamla irəliləyir və yaxın vaxtlarda biz uğurlu nəticəni görəcəyik”.
Ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov isə bildirib ki, bu gün Ermənistan silahlı qüvvələri haqqında olan statistik məlumatları son olaraq verdiyi itkilərlə müqayisə etsək görərik ki, biz onlardan dəfələrlə üstünük: “Ermənilər silah-sursat və digər döyüş texnikalarını beynəlxalq nəzarət sistemlərindən gizlədirlər. Düşünürəm ki, bizim bilmədiyimiz və qeydiyyata alınmayan silah-sursat hazırda Dağlıq Qarabağda gizlədilir. Hər halda onlar hazırda bu silahlardan istifadə edir. Ancaq Ermənistan bütün istiqamətlər üzrə, istər silah-sursat, istərsə də texniki avadanlıq və yanacaq təminatı ilə bağlı qıtlıq yaşayır. Paşinyan da öz çıxışında bu məsələlərlə bağlı çətin durumda olduqlarını etiraf edib. Artıq Ermənistan bu yükü öz üzərinə götürə bilmir.
Məlumdur ki, onlar müxtəlif üsullarla, o cümlədən də hava yolu ilə silah-sursat gətirməyə cəhd edirlər. Ancaq bunun nə vaxta qədər davam edəcəyi məlum deyil. Əsas odur ki, bu proses gedir. Hazırkı vəziyyət isə Azərbaycan Ordusunun xeyrinə, Ermənistan hərbi-siyasi rəhbərliyinin ziyanına işləyir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA