sedanews.az
sedanews.az

Millət vəkili şəhid Xətainin atası ilə görüşdü – Foto

14-01-2021, 10:11 468 dəfə baxılıb

Millət vəkili şəhid Xətainin atası ilə görüşdü – Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu, Qovlar şəhər sakini, Vətən Müharibəsinin şəhidi Xətai Həsənovun atası Xaliq Nəsrəddin oğlu Həsənovla görüşüb.
 Komitə sədri şəhid atasını düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib.
“Oğlunuz Xətai Vətən Müharibəsində cəsarətlə iştirak edib, canını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib. O, Ağdərə, Cəbrayıl və Talış kəndi istiqamətində mərdliklə döyüşüb.
Xətai döyüşlərin gedişində öz komandirini xilas edən zaman qəhramancasına şəhid olub. Bu gün onunla yalnız siz valideynlər, ailə üzvləri deyil, bütünlüklə qədirbilən xalqımız fəxr edir”, - millət vəkili deyib.
Q.Paşayeva şəhid atasına üzərində “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı hədiyyə edib.
Axar.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA