Sentyabrın 28-də Gəncədə III MDB Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
sedanevs.az xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşüblər.
Sonra dövlətimizin başçısı və birinci xanım açılış mərasimini izləyiblər.
Əvvəlcə Azərbaycan Respublikasının üçrəngli Bayrağı arenaya gətirilib və Dövlət Himnimizin sədaları altında ucaldılıb.
Sonra III MDB Oyunlarında iştirak edən ölkələrin idmançılarının təntənəli paradı olub.
Açılış mərasimində Azərbaycan Bayrağını karateçimiz Asiman Qurbanlı və taekvondoçumuz Zemfira Həsənzadə arenaya gətiriblər.
Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov çıxış edərək dedi:
-Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.
Zati-aliləri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva.
Hörmətli qonaqlar, atletlər, məşqçilər və idmansevərlər.
Sizi Azərbaycanın qədim diyarı Gəncə şəhərində salamlayır, Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarına xoş gəlmisiniz deyirəm.
Bu gündən etibarən Gəncə və daha altı şəhərimiz – Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi III MDB Oyunlarına ev sahibliyi edəcək.
On gün davam edəcək yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin onlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak edəcək.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətəni, qədim mədəniyyəti və zəngin tarixi olan Gəncə hazırda Müstəqil Dövlətlər Birliyinin idman paytaxtıdır.
Əminik ki, yeni istifadəyə verilən möhtəşəm Gəncə Stadionunda açılışını etdiyimiz bu idman oyunları dostluq, sülh, qarşılıqlı hörmət meyarlarına əsaslanan ədalətli mübarizə meydanı olacaq, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın genişlənməsinə, münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcək.
Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq idman ailəsinin nüfuzlu və etibarlı üzvlərindən birinə çevrilmişdir. Azərbaycan müxtəlif illərdə ən mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiq etmişdir. Bakıda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları yüksək səviyyədə keçirilmişdir.
İnanırıq ki, III MDB Oyunları da bu baxımdan əlamətdar olacaq. Oyunların paytaxt Bakıdan kənarda keçirilməsi ölkəmizin regionlarında da güclü infrastrukturun, idmanın inkişafı üçün lazımi şəraitin yaradıldığını göstərir.
İrimiqyaslı idman yarışlarının ölkənin regionlarında təşkilinə göstərdiyi qayğıya və verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlığımızı ifadə edirik.
Təşkilat Komitəsi olaraq bildiririk ki, şəhərlərimiz MDB Oyunlarının keçirilməsinə, idmançıları azərbaycanlılara xas qonaqpərvərliklə qəbul etməyə tam hazırdır.
Əziz idmançılar və qonaqlar, əminik ki, Azərbaycan bu günlər ərzində sizin üçün ikinci eviniz kimi doğma olacaq. Siz gözəl və zəngin təəssürat toplayacaq, yeni dostlar qazanacaqsınız.
Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarında iştirak edən bütün atletlərə uğurlar arzulayırıq. Ümidvarıq ki, onların əzmkarlığı layiqincə qiymətləndiriləcək.
Bu idman bayramı ölkələrimiz arasında həmrəyliyin möhkəmlənməsində yeni bir mərhələ açacaq və Oyunların şüarında deyildiyi kimi, hər bir ürəkdə qələbə işığı yandıracaq.
x x x
Mərasim iştirakçılarını salamlayan Müstəqil Dövlətlər Birliyinin Baş katibinin müavini Nurlan Seytimov dedi:
-Axşamınız xeyir, əziz dostlar. İcazə verin, sizi Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Nikolayeviç Lebedevin məktubu ilə tanış edim.
“III MDB Oyunlarının təşkilatçılarına, iştirakçılarına və qonaqlarına.
Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi adından sizi qonaqpərvər Azərbaycan Respublikasında keçirilən III MDB Oyunlarının açılışı münasibətilə ürəkdən salamlayıram.
Xalqlarımızın idman birliyinin parlaq rəmzinə çevrilən bu möhtəşəm idman hadisəsi yalnız atletlərin ən yüksək peşəkarlığını nümayiş etdirmək üçün bir platforma deyil, həm də MDB ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə, mədəniyyət və idman sahələrində çoxtərəfli əməkdaşlığın inkişafına xidmət edir.
MDB Oyunları idmanın dövrümüzün ən güclü həmrəylik simvollarından biri olduğunun bariz nümunəsidir. Bir neçə gün ərzində Azərbaycan Respublikasının yeddi şəhəri iştirakçıların və tamaşaçıların zövq alacağı möhtəşəm bir idman bayramına ev sahibliyi edəcək.
Bu keyfiyyətlər gəncləri yalnız uğurlu idmançılara deyil, həm də istənilən fəaliyyət sahəsində əsl liderlərə çevirir.
Əminəm ki, III MDB Oyunları Birliyin idman hərəkatı tarixində parlaq iz buraxacaq və humanitar əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.
Bütün gənc atletlərə idman qələbələri, yeni rekordlar və şəxsi inkişaf arzulayıram. Qoy bu Oyunlar həm idman arenalarında, həm də ölkələrimizin rifahı naminə görülən yaradıcı işlərdə yeni nailiyyətlərə ruhlandırsın.
Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Nikolayeviç Lebedev”.
x x x
Daha sonra idmançıların və onların məşqçilərinin andiçmə mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.
Tədbir bədii hissə ilə davam edib.
Sonda Gəncə səması al-əlvan atəşfəşanlığa qərq olub.
x x x
Qeyd edək ki, Gəncə şəhəri III MDB Oyunlarının “İdman Paytaxtı” seçilib. Bu qərar MDB-yə üzv dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının Belarusun paytaxtı Minskdə keçirilən iclasında qəbul edilib.
Oktyabrın 8-dək davam edəcək III MDB Oyunlarında yarışlar 12 idman məkanında keçiriləcək və atletlər 23 idman növü üzrə 1694 medal (505 qızıl, 505 gümüş, 684 bürünc) uğrunda mübarizə aparacaqlar. Bundan əlavə, qalib komandaların uğuruna ən çox töhfə verən idmançıların da xüsusi mükafatlarla təltif edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, I MDB Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində, II Oyunlar isə 2023-cü ildə Belarusun paytaxtı Minskdə keçirilib.




























































































Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Prezidentlə xanımı Sarıcalı kəndinin AÇILIŞINDA
Prezident və xanımı Hidayət Heydərova zəng etdilər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Tramp Putinlə danışıqların çox yaxşı keçdiyini deyib
KİV: Tramp Müctəba Xameneinin öldürülməsini dəstəkləyə biləcəyini bildirib
dafiə Nazirliyi 1 nömrəli səfərbərliklə bağlı açıqlama yaydı
İranda son durum: Qum şəhəri bombardman edildi
Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşır
Rəsmi Bakının İrandan Naxçıvana dron hücumu ilə bağlı bəyanatı: Azərbaycan cavab tədbirləri hüququnu özündə saxlayır
İran Naxçıvan aeroportuna dron hücumu etdi
Xameneinin ailəsindən yalnız onlar sağ qaldı
BMT Əfqanıstan-Pakistan münaqişəsində ölənlərin sayını açıqladı
ABŞ diplomatı: İranla 47 illik müharibəyə son qoyuruq
Bu gün Od çərşənbəsidir
İctimai nəqliyyatda onlara güzəşt ediləcək - 90 dəqiqə pulsuz
Ermənistan-İran avtomobil yolu bağlandı
Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
ABŞ və İran arasında nüvə diplomatiyası: Növbəti dayanacaq Vyanadır
Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanları dərin ehtiramla yad olunub
Edam Kötüyü XOCALI
Mehriban Əliyevadan Xocalı soyqırımı ilə bağlı PAYLAŞIM
Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı PAYLAŞIM
Xocalı soyqırımının 34-cü İLDÖNÜMÜ
ABŞ diplomatlarına bu ölkəni tərk etməyi tapşırdı
Bu gün Novruzun ilk - Su çərşənbəsidir
Qərar masadadır – İlkin olaraq 2001-ci ilədək tikilən evlərə kupça veriləcək
KİV: İran Rusiyadan 500 milyon avroluq raket sistemləri alacaq
Təbii qazın dəyəri artdı
Gümüşün qiyməti 82 dolları keçdi
Martda 17 gün iş olmayacaq - Maaş belə hesablanacaq
Bələdiyyə sədrinin ölkədən çıxışına məhdudiyyət qoyulub
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir
Sülh sazişi ətrafında növbəti oyun: Ermənistan üçün son şans bitir - MÜSAHİBƏ
Ramiz Mehdiyevin partiyadan xaric edilməsi məsələsinə qurultayda baxılacaq – AÇIQLAMA
İran nüvə proqramını sülh məqsədləri üçün davam etdirəcək - Araqçi
Fevralın 17-sinin hava PROQNOZU
Azərbaycanda hərbi xidmətə MÜHÜM DƏYİŞİKLİK – 3 ildən 6 ayadək
Binalarda təhlükəsizlik məsələsi: Sakinlər bu şərtlərə mütləq əməl etməlidir - XƏBƏRDARLIQ
Ərdoğanın BƏƏ səfəri təxirə salınıb
Heydər Əliyev Mərkəzində “Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açılıb
Arayik Harutyunyan ömürlük, daha 7 nəfər isə müxtəlif müddətə azadlıqdan məhrum edildi - YENİLƏNDİ/FOTO
Ceyhun Bayramov: Zəngəzur dəhlizi beynəlxalq səviyyədə bu adla tanınır
İran ətrafında vəziyyət dəyişir - Şaraa da qisas mesajı verdi
Bakıdakı hərbi caniləri müdafiə edənlər şərt irəli sürürlər - Seyidov faktları açıqladı
Yeni Klinikada xəstənin ölümündə təqsirli bilinən həkimin məhkəməsi başlayır
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi