Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası Kəlbəcərdə media işçilərinin minaya düşməsi ilə bağlı iclas keçirir.
"Report"un məlunmatına görə, Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyev bunun Ermənistanın törətdiyi növbəti cinayət olduğunu deyib:
"Ermənistan indiyədək minalanmış ərazilərin xəritəsini vermək istəmir və bu istiqamətdə istək nümayiş etdirmir. Bu da birbaşa olaraq beynəlxalq humanitar qanun və normaların pozulmasıdır. Bu gün artıq Ermənistanın bu hərəkəti qırmızı xətti sözün əsl mənasında növbəti dəfə keçməkdir. Günahsız insanların, mülki şəxslərin, peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin həlak olmasına dünya birliyi səssiz qalmamalıdır. Bu gün müharibədən - 10 noyabr bəyanatından sonra təxminən 130-a yaxın Azərbaycan vətəndaşı minaya düşərək yaralanıb, 25-ə yaxın şəxs isə həlak olub".
Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
AzTV Kəlbəcərdəki hadisə ilə bağlı bəyanat yayıb - VİDEO
Erməni təxribatı nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb
Gəncədə həlak olanların adları məlum olub - SİYAHI
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Sabah ilin son ay tutulması baş verəcək
Moskvada Azərbaycan əleyhinə təxribat - XİN-dən sərt mövqe
“Balıqçılıq haqqında” qanun qüvvəyə mindi
Prezident “Sabah”a 5 milyon pul ayırdı
Bu universitetlərdə plan yerləri tam dolub - SİYAHI
Səfiri etimadnaməsini Ceyhun Bayramova təqdim edib
Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb
Peşə məktəblərinin boş qalan yerlərinə tələbə qəbulu BAŞLAYIR
Sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı xəbərdarlıq
Azərbaycan neftində geriləmə davam edir - 91 dollara düşdü
Nazirlik küləkli və yağıntılı hava ilə bağlı əhaliyə müraciət etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib (FOTO)
Ötən il doğulan oğlanlar 75 il, qızlar 79 il ömür sürəcək
X siniflər üçün şagird yerdəyişməsi BAŞLAYIR
Xalq artistinin evi fantastik qiymətə satışa çıxarıldı
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Bu gün Laçın Şəhəri Günüdür
Prezidentlər və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Havalar yenidən qızır: Sabah 40 dərəcə isti olacaq
Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ
Prezident və xanımı Buxarada
Azərbaycanla Özbəkistanın şəhərləri də qardaşlaşır - SİYAHI
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Daşkənddə TARİXİ SƏNƏD imzalandı
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
Prezident Türkmənistanla bağlı iki mühüm sənədi təsdiqlədi
Türkiyədə müəllimlər bundan sonra ağ xalat geyinəcək
Ünvanlı sosial yardımların ödəniş tarixi AÇIQLANDI
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Prezident Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Britaniya səfiri Şuşaya səfər edəcək
İsmayıllıda toyda zəhərlənmə - 24 nəfər xəstəxanaya aparıldı
İtkin şəhidlər dəfn olunur
Ən rəqabətli ixtisas qrupu - Minlərlə abituriyent kəsiləcək
Xəzərdə seysmik aktivlik niyə azalıb? - AÇIQLAMA
Azərbaycanda turizmdən ən çox qazanan şəhərlər - SİYAHI
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Bakıda motosikletli təcili yardım: TƏBİB sayını açıqladı
Altsheymer xəstəliyinin səbəbləri və gizli simptomları
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Xərçəngə qarşı yeni vaksin hazırlanır - İlk müsbət nəticə
Bu ölkədə hər kəsin 119 min dollar borcu var