sedanews.az
sedanews.az

Ermənilərlə sosial şəbəkədə birgə yaşayan milli satqınlar

14-06-2021, 10:14 301 dəfə baxılıb

Ermənilərlə sosial şəbəkədə birgə yaşayan milli satqınlar

“Mir Şahin vaxtı”nın bu gün efirə gedən buraxılışında Mir Şahin sosial şəbəkələrdə ermənilərlə milli satqın azərbaycanlıların “əl-ələ verib birgə yaşadığı”nı bildirib.
Axar.az Mir Şahinin bununla bağlı yaydığı süjetin mətnini təqdim edir:
“Bir zamanlar Dilarə Əliyevamız var idi. Müxalifətçi idi, amma azadlıq cəfakeşi idi. Bu yolda da həlak oldu.
İndi də müxalifətdə bir Dilarə var. Miriyeva olmalıdı səhv etmirəmsə. Rəhmətlik Dilarə Əliyeva jurnalistlərin sevimlisi idi, ona böyük bacımız kimi baxırdıq. Dilarə Miriyevaya isə bacı demək yaxınlarımızı təhqir olar. Buyurun: Minaya düşüb şəhid olmuş həmkarlarımız, Sirac və Məhərrəm haqqında bu adam nə yazır:
“Qarabağda minaya düşərək ölən zurnalistlərə görə dünən AzTV önündə toplaşdılar!”
Bu statusun ardını oxumaq istəmirəm. Çünki antigigiyenikdir. Müəllifin siması tək. Amma bunu yalnız mənmi deməliyəm? Axı şəhadətə qovuşmuş həmkarlaımızın cavab vermək imkanı yoxdur! Hara baxırıq? Özü də görün bizi hardan vururlar? Dövlət mina terrorunu ən yüksək məsuliyyət həddində qaldırır. Ermənistan artıq müqavimət göstərəcək halda deyil. Müharibənin ilk günündən bu saatadək - əvvəl döyüş hərəkətlərinin aktiv cərəyan etdiyi ərazilərə, sonra isə işğaldan azad edilmiş yaşayış məntəqələrimizə, elə təkcə Ağdam rayonuna neçə ölkənin diplomatı ezam edilib?! Bu ezamiyyətlər bir kütləvi informasiya vasitəsinin yaya biləcəyi məlumatlardan dəfələrlə səmərəli olmaqla, Azərbaycan Prezidentinin böyük ustalıqla apardığı informasiya müharibəsinin tərkib hissəsidir. Hər yerdə də prioritet işğaldan azad edilmiş ərazilərimizin indi də minalardan azad edilməsidir. Uşaqlar o minadan şəhid olublar! Dilarə Miriyevanın plebey beyni anlamır ki, danışıqları Kərimli-Köçəryan cinahını ələ verir?!
Bədbəxt qadın! Və bu həyan müəllifinin üzərinə getməyən, onu doğulmasına peşman etməyən teleliberalları da anlamıram! Bu qədər də olmaz axı!
İndi isə sosial şəbəkələrin təhlili nəticəsində əldə etdiyimiz nəticələrin təqdimatına keçirəm.
Məsələn, Fransada mühacir kimi yaşayan bloger, əslində isə Azərbaycanın birmənalı düşməni olan Məhəmməd Mirzəli yazır (Tvitter, 15.04.2021-ci il):
“Bu fotoda təbliğatın necə nəticə verdiyini açıq şəkildə görürük. Rejim gənc, həssas bir uşağın beynini zəhərləyir, onu "düşmənə" qarşı nifrət və qəzəblə doldurur. Daha sonra isə Əliyev bu uşağı onunla heç bir əlaqəsi olmayan müharibədə döyüşmək üçün istifadə edəcək. Bunun uşağınızın başına gəlməsinə icazə verməyin”.
Bu isə erməni blogerin qeydləridir, eyni fikirləri bir az fərqli sözlərlə çatdırır (14.04.2021-ci il):
“6 yaşdan kiçik uşaqlar üçün muzeyə giriş pulsuzdur. Bu, sizin üçün normal səslənir? Bu, Azərbaycanda olduqca kiçik yaşdan ermənilərə nifrətin öyrədilməsinə başlanıldığını açıq şəkildə göstərir”.
Milli Şuranın üzvü Tofiq Yaqublu yazır:
“Şuşanın mərkəzindəki evlər sökülür. Bu, mənəvi terrordur. 29 ildir ki Şuşa həsrəti ilə yaşayan şuşalılara öz evlərini görmək, onun qapısını açmaq, divarlarına toxunmaq, pəncərəsindən şəhərə baxmaq və s. imkanı vermədən bu addımı atmaq əsl vandalizmdir”.
Bu isə ermənilərin paylaşımıdır:
“Azərbaycan vandalizmi davam edir. Şuşada Jamaryanın ev-muzeyi dağıdılır. “İnfoteka 24” portalına daxil olan kadrlardan işğal edilmiş Şuşada Azərbaycan hərbçilərinin vandalizm aktı görünür.
Azərbaycana qarşı düşmənçilik əməliyyatına cəlb olunmuş daha iki nəfər. Bunlardan biri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovdur. O yazır:
“Azərbaycan və Türkiyə rəsmiləri əksini sübuta yetirənə qədər fəal Bayram Məmmədovun qətlində onlardan şübhələnirəm”.
Bu isə eyni fikirləri paylaşan erməni blogerdir:
“Azərbaycanda və Türkiyədə “ayrı-seçkilik” yoxdur. Türkiyəni və Azərbaycanı tənqid edən, bu hökumətlərin əleyhinə danışan və hərəkət edən hər kəs ya həbs edilir, ya da öldürülür. Fotoşəkildə ölü tapılan azərbaycanlı qurban Bayram Məmmədovu görürsünüz”.
Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev:
“Biz erməni əhalisini Azərbaycan dövlətinin ədalətinə inandırmaq istəyiriksə, ilk növbədə özümüzdən başlamalıyıq, daxilimizdən başlamalıyıq. Biz Arutunyanı necə inandıra bilərik ki, Azərbaycan demokratik dövlətdir?
Bu isə David Babayndır:
“Bu gün Azərbaycanda demokratiya klinik ölüm keçirir. Dağlıq Qarabağ nizamlanmasında başlıca tormoz məhz bu olacaq!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA