Sizin reklam burada728x90
Son dəqiqə:
» » FHN obyekt tikintisini dayandırdı

FHN obyekt tikintisini dayandırdı

07.10.2021, 14:49 502 Gündəm Çap et

FHN obyekt tikintisini dayandırdı 



Bakı şəhərində qanunsuz qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, tikinti Xəzər rayonu, Binə qəsəbəsində vətəndaş Xalıqov Elşad Əzim oğlu tərəfindən müvafiq sənədlər olmadan həyata keçirilib.
Məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.