Çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin və media məhsullarının yayımlanmasının dayandırılması proseduru müəyyənləşir.
Modern.az-ın məlumatına görə, bu, sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq “Media haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, habelə ali təhsili olmayan şəxs idarəetmə orqanının rəhbəri vəzifəsinə təyin edildikdə və media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati tənbeh almış şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə çap mediası və onlayn media subyektlərinin fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldıracaq.
Qanun layihəsinin 13.1-ci maddəsinə görə, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. 13.2-ci maddəyə əsasən isə abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. Çap mediası və onlayn media subyektlərinə isə il ərzində 3 dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törətdikdə onların fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacaq.
Çap mediası subyektləri isə həmçinin dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərin pozulmasına görə il ərzində 3 dəfə xəbərdarlıq edildikdən sonra həmin pozuntuları təkrar törətdikdə də çap mediasının fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Layihəyə əsasən, mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər isə aşağıdakılardır:
- Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir;
- Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;
- dövlət dili normalarına riayət edilməlidir;
- irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;
- terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir;
- əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir;
- şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;
- şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;
- böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;
- sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır;
- faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;
- parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir;
- pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
- qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
- “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir;
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın (dövlət sirri, odlu silahın və partlayıcı maddələrin hazırlanma qaydası, narkotik vasitələrin hazırlanma və istifadə üsulları, onların qanunsuz əldə edilməsi yerləri, qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən, intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran məlumatlar, müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar, əqli mülkiyyət hüquqlarını pozan məlumatlar, o cümlədən əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması təhdidini törədən yalan məlumatlar) yayımlanmasına yol verilməməlidir.
Qeyd edək ki, qanun layihəsinə görə, xarici ölkələrin hüquqi və fiziki şəxsləri çap mediası və onlayn media subyektlərinin hər bir məhsulunun yalnız 25 faizədək olan hissəsinə sponsorluq edə bilərlər. Ancaq bu nəzərə alınmaqla, çap mediası və onlayn media subyektinin fəaliyyətinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsi aşkar edildikdə də onların fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacaq.
Çap mediası məhsulunda göstərilməli olan məlumatlara dair pozuntular aşkar edildikdə də onların fəaliyyətinin 2 ay müddətinədək dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Çap mediası məhsulunun hər buraxılışında isə aşağıdakı məlumatlar göstərilməlidir:
adı;
- VÖEN-i;
- məsul redaktorun soyadı, adı və atasının adı;
- sıra sayı və çapdan çıxdığı tarix, çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və faktiki vaxt);
- poçt indeksi;
- tirajı;
- qiyməti, “Sərbəst qiymət” və ya “Pulsuz” qeydləri;
- çap mediası subyektinin və çap mediası məhsulunun istehsal edildiyi mətbəənin adı, ünvanı və əlaqə vasitələri.
Sadalanan əsaslara görə onlayn media subyektinin fəaliyyəti dayandırıldıqda bu barədə həmin media subyektinin veb-saytında məlumat yerləşdirilməlidir.
Qeyd edək ki, hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanı əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə və kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Kimlər media orqanı yarada bilməz?
Onlayn mediaya dair standartlar müəyyənləşir
“Media haqqında” yeni qanun layihəsi parlamentə daxil olub
Inzibati Xətalar Məcəlləsinə əmək pensiyaları, müavinətlərlə bağlı yeni fəsil əlavə edilir
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib
Sabah Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Bakıda dişini çəkdirən qadın vəfat etdi
Prezident təqaüdü alanların sayı açıqlandı
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir
2027-ci ildə Qarabağın yenidən qurulmasına 3,4 milyard manat ayrılacaq
Putin Təhlükəsizlik Şurasını təcili topladı
Ukraynada müharibə 2027-ci ildə başa çata bilər - Proqnoz
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib (FOTO)
"Formula 1" üzrə Azərbaycan Qran-prisi BAŞLADI
O qız Xocalıya qayıtdı, Çingiz Mustafayevin məşhur kadrındakı Ləfxanım
Türk dövlətlərinə pasportsuz gedəcəyik - EKSKLÜZİV
Bakıda plana düşən 200-dən çox ev sökülür
Azərbaycanın vizasız rejim tətbiq etdiyi ölkələr – SİYAHI
Azərbaycan nefti yenidən bahalaşdı - 120 dolları ötüb
Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 MİLYON MANAT AYRILDI
Əfv sərəncamının icrasına başlanıldı
Yol polisi "Formula-1"lə bağlı sürücülərə müraciət etdi
Kolleclərin boş qalan yerlərinə qəbul BAŞLADI
Prezident dağ-mədəni ilə bağlı Dövlət Proqramını TƏSDİQLƏDİ
Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşdı
Azərbaycana payız gəldi
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
Qlobal təhlükəsizliklə bağlı IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb
Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - YENİLƏNİB
"Araz Supermarket" barədə protokol tərtib olunub
Sabah 34 dərəcə isti olacaq
Türkiyədə liseyə hücum: yaralıların sayı 10-a çatdı
Üç gün öncə Bilgəhdə dənizdə batan gənclərin meyiti tapılıb
Bakıda tozun miqdarı normadan artıqdır
Nyu-Yorkda Ərdoğan və Kobaxidze arasında görüş keçirilib
Bakı Bulvarının bir hissəsinə giriş məhdudlaşdırılır
İran təzyiqlərə baxmayaraq özünü müdafiə edəcək – Pezeşkian
Azərbaycan nefti ucuzlaşıb
Bəzi məktəblər distant təhsilə keçdi
Pensiyalarla bağlı AÇIQLAMA
Hava yenidən qızır: temperatur 34 dərəcəyə yüksələcək
Müdafiə naziri hərbi polisin döyüş hazırlığı prosesini izləyib
Ramiz Mehdiyevi mühakimə edən hakim KİMDİR...
ABŞ-dan Cənubi Qafqazla bağlı mühüm MESAJ
Azərbaycanda 2,5 milyon insan xəstələnib
Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Formula 1-ə görə yollarda ilk məhdudiyyət sabahdan tətbiq olunacaq
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi