sedanews.az
sedanews.az

3 hakimin səlahiyyətlərinə xitam verilib - VİDEO

22-12-2021, 11:08

 3 hakimin səlahiyyətlərinə xitam verilib - VİDEO



14 hakimin fəaliyyətində çatışmazlıqlar aşkarlanıb
Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verilib, 14 hakimin fəaliyyətində çatışmazlıqlar aşkarlanıb.
Ötən il Məhkəmə-Hüquq Şurası tərəfindən mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hakimlərin fəaliyyətinin hərtərəfli və şəffaf meyarlar əsasında qiymətləndirilməsinə dair yeni Qaydalar qəbul edilib.
Şuradan verilən məlumata görə, Qaydalara uyğun olaraq bu il 120-dək hakimin fəaliyyəti prinsipial qiymətləndirilərək 3 nəfərin səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq 6 aydan sonra təkrar qiymətləndirilmələri qərara alınıb.
Təkrar qiymətləndirmə zamanı onların fəaliyyətlərində yenidən peşəkar çatışmazlıq aşkar edilərsə səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA