Sizin reklam burada728x90
Son dəqiqə:
» » 21-ci gün: Ukraynanın itkiləri açıqlandı

21-ci gün: Ukraynanın itkiləri açıqlandı

16.03.2022, 12:13 Gündəm Çap et

                    21-ci gün: Ukraynanın itkiləri açıqlandı

24 fevralda Ukraynada başlayan xüsusi hərbi əməliyyatdan indiyədək düşmənin 1350-dən çox tank və digər zirehli texnikası məhv edilib.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.
“Ümumilikdə hərbi əməliyyat zamanı Ukraynanın 111 təyyarəsi, 68 helikopteri, 160 PUA-sı, 159 zenit-raket kompleksi, 1353 tank və digər zirehli texnikası, 129 reaktiv yaylış atəşli sistemi, 493 artilleriya və minaatanı, 1096 xüsusi hərbi avtomobili sıradan çıxarılıb”, - o bildirib.