Sizin reklam burada728x90
Son dəqiqə:
» » Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir

Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir

22.04.2022, 14:13 Gündəm Çap et



   Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir.
REAL xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.
Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.
Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.