sedanews.az
sedanews.az

II Yay Düşərgəsi iştirakçıları Bakıda

10-08-2022, 16:11 258 dəfə baxılıb


    Şuşada keçirilən düşərgənin iştirakçıları ilə görüş keçirildi
Diasporla iş üzrə Dövlət Komitəsində Şuşada keçirilən Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları ilə görüş keçirildi.
   Komitə sədri Fuad Muradov “Şuşa-270” şüarı altında baş tutan Düşərgənin uğurla başa çatması münasibətilə iştirakçıları təbrik etdi. O, Azərbaycan diasporunun sıralarında gəncləşmə prosesinin getdiyini, Yay düşərgələrinin və komitənin həyata keçirdiyi digər layihələrin bu prosesin keyfiyyətinə müsbət təsir etdiyini bildirdi.
   Görüşdə gənclərin şəbəkələşməsi baxımından layihənin əhəmiyyəti, düşərgədə keçirilən təlimlər, panel iclasları, görüşlər və digər proqramlar barədə fikir mübadiləsi aparıldı.
 Layihənin Şuşada keçirilməsinə görə minnətdarlıqlarını bildirən düşərgə iştirakçıları öz təəssüratlarını bölüşüb, onları maraqlandıran sualları və gələcək düşərgələr üçün təkliflərini səsləndirdilər.
Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2022-ci ilin 2-8 avqust tarixlərində gerçəkləşdirilib. Layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA