sedanews.az
sedanews.az

Demarkasiya bu xəritə ilə aparılacaq – Zöhrabyan

4-10-2022, 11:49 248 dəfə baxılıb


   Ermənistanın keçmiş deputatı, bu ölkəni AŞPA-da təmsil edən Naira Zöhrabyan demarkasiya və delimitasiyanın hansı xəritələrlə aparılacağı barədə məlumatı paylaşıb.
Axar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.
“Erməni vaxtı”nın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Azərbaycan demarkasiya və demarkasiya prosesini 1919-20-ci illər xəritəsi ilə təsəvvür edir.
Budur xəritə. Bu xəritə ilə Zəngəzur, Dərələyəz tamamilə, Göyçə isə qismən Azərbaycanın bir hissəsi sayılır”.
Qeyd edək ki, ötən gün Nikol Paşinyanın arvadı Anna Akopyanın rəhbəri olduğu “Haykakan Jamanak” qəzeti Azərbaycanın 5 tələbindən birinin sərhədlərin 1919-1920-ci illər xəritəsi ilə (Azərbaycan Demokratik Cümhuriyyəti və Ermənistan Demokratik Respublikasının xəritələri əsasında) müəyyənləşməsi olduğu haqda məlumat yayıb.
Azərbaycan Demokratik Cümhuriyyəti və Ermənistan Demokratik Respublikası bu əraziləri ilə 1920-ci il 11 yanvarında ABŞ, Fransa və Böyük Britaniya da daxil olmaqla, dünyanın bir çox ölkəsi tərəfindən tanınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA