Sizin reklam burada728x90
Son dəqiqə:
» » MN: Mühəndis texnikamız atəşə tutulub

MN: Mühəndis texnikamız atəşə tutulub

12.10.2022, 15:33 Gündəm Çap et

  Oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb.
REAL xəbər verir ki, bu barədə MN məlumat yayıb.
  Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.