Sizin reklam burada728x90
Son dəqiqə:
» » Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilir

Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilir

06.12.2022, 11:41 Gündəm Çap et



   Bu gün Azərbaycan Vəkillər Kollegiyasının (VK) üzvlərinin növbəti konfransı keçirilir.
  Bakıda keçirilən konfransda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkil qurumlarının nümayəndələri və fərdi vəkillər, vətəndaş cəmiyyəti institutları, xarici qonaqlar, habelə KİV nümayəndələri iştirak edirlər.
Əvvəlcə 2017-2022-ci illər üzrə VK-nın hesabatı dinləniləcək.
Daha sonra gündəliyə uyğun olaraq seçkilər keçiriləcək, VK Rəyasət Heyəti sədri, müavinləri və üzvləri, eyni zamanda Vəkillərin İntizam Komissiyasının sədri və tərkibi seçiləcək.
  Qeyd edək ki, hazırda VK Rəyasət Heyətinin sədri Anar Bağırovdur.