Parlamentdə sənədsiz evlərdə yaşayanların qeydiyyat problemi qaldırılıb
APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Fazil Mustafa bildirib.
Fazil Mustafa deyib ki, bu insanlar da Azərbaycan vətəndaşlarıdır: “Onlar hara getməlidir? Bu vətəndaşlarımızı ölkə sərhədlərindən kənara çıxarmalıyıq? Bu problem həllini tapmalıdır”.
