sedanews.az
sedanews.az

Rəşadət Bayramı

20-06-2023, 14:32 510 dəfə baxılıb

                                               Rəşadət Bayramı


Bu gün Silahlı Qüvvələr bayramını əsl ümumxalq sevinci olaraq daha fəxrlə qeyd edirik, daha qürurlu anlar yaşayırıq.
Qalib ordunun qalib xalqı rəşadətli bayram təntənəsindədir!
    Vaxtilə Əlahiddə Azərbaycan Korpusu adı ilə 1918-ci il 26 iyunda yaradılan ordumuzun şərəfinə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə Silahlı Qüvvələr Günü yaradıldı və bununla milli hərbimizin ardıcıl təkamül inkişafına tarixi təməl qoyuldu. Gələcək qələbələrimizin start əmri oldu!    Hazırda nəinki Qafqazda, hətta dünya ölkələri sırasında ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu potensial rəqiblə effektiv qalibiyyətli müharibə aparmaq iqtidarındadır.    Bu gün şərəfli Silahlı Qüvvələrimizin Azərbaycan dövlətinin siyasi müstəqilliyini, ərazi bütövlüyünü və xalqımızın azadlığını ləyaqətlə qorumaq iqtidarına malikdir.    Hələ 1991-ci ildə Azərbaycan Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, ilk vaxtlar mövcud olan hissələr nizami deyil, müxtəlif siyasi dəstələrin məqsədli maraqlarına xidmət edirdi.    Məhz 1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi və ordumuzun inkişafı, nizamiliyi, təkmilləşmə, təkamül dövrü başladı. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası qoyuldu. Ordumuzun müasir qüdrətli nizami Silahlı Qüvvəyə çevrilməsi prosesinə start verildi.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi fövqəladə diqqət və səyləri nəticəsində hərbi uğurlarımız dünyada görünməmiş strateji və taktiki templərlə sıçrayış etmiş, ölkənin müdafiə qüdrəti zəfərli zirvəyə yüksəlmişdir.
    İndi hər bir azərbaycanlı dünyanın harasında yaşamasından asılı olmayaraq, qürur hissilə fəxr edir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində 44 günlük Vətən müharibəsində ordumuzun rəşadətli qələbəsi liderimiz İlham Əliyev dünya ictimaiyyətində Müzəffər Ali Baş Komandan titulunun bərqərar olmasını təsbit etmişdir.    Bu gün müasir Azərbaycanın hər bir vətəndaşı fəxr edir ki, Azərbaycan Respublikasının əzəli və əbədi ərazi bütövlüyü bərpa edilmişdir. Həsrətini çəkdiyimiz torpaqlarımız da, ana Vətənimiz də canımız qədər sevdiyimiz ləyaqət rəmzi olan Üçrəngli Bayrağımız əzəmət və rəşadətlə dalğalanır.                    Başın həmişə uca olsun,                    Azərbaycan!!!                                                                                                                        Baqir Cəfərli






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA