sedanews.az
sedanews.az

Şuşada Bülbülün xatirəsi anılıb

15-06-2023, 16:19 122 dəfə baxılıb


  Şuşada Azərbaycanın opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi Bülbülün xatirəsi anılıb.
   Bu barədə "Report"a Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.
İdarənin İcraçı direktoru Tural Novruzov, Qoruğun əməkdaşları, Prezidentin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin rəsmiləri Bülbülün doğum günü münasibəti ilə büstünü (1992-ci ildə Şuşanın işğalı zamanı ermənilər tərəfindən güllələnmiş büstü), eyni zamanda ev muzeyini ziyarət ediblər, gül dəstələri qoyublar.
   Bülbülün ev muzeyinin direktoru Fəxrəddin Hacıbəyli dahi sənətkarın Azərbaycan musiqi tarixindəki əvəzsiz rolundan, zəngin sənətindən və incəsənətə verdiyi müstəsna töhfələrindən, eyni zamanda uşaqlıq və gənclik illərindən danışıb.
REAL














Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA