sedanews.az
sedanews.az

İçərişəhər Bakının ürəyidir - Şahin Seyidzadə - FOTO

19-04-2022, 10:36 520 dəfə baxılıb




Milli.Az "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri Şahin Seyidzadənin Trend-ə müsahibəsini təqdim edir:
1983-ci ildə UNESCO-nun Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Assembleyası aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər günü olaraq müəyyən edib. Bu gün beynəlxalq səviyyədə ilk dəfə 1984-cü ildə qeyd olunub. Coğrafi mövqe baxımından müasir Azərbaycan ərazisində altı mindən çox tarixi-memarlıq abidəsi mövcuddur. Azərbaycanın UNESCO Ümumdünya irs obyektləri siyahısına daxil olunan ilk memarlıq və tarixi abidələrindən biri 2000-ci ildə Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə bütün İçərişəhər olub. İçərişəhər Ümumdünya İrs Şəhərləri Təşkilatı (OWHC), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA), Avropa Muzey Təşkilatları Şəbəkəsi (NEMO) ilə sıx əməkdaşlıq edir. Onu İtaliyanın Roma və Matera, Pakistanın Lahor şəhərləri ilə əməkdaşlıq bağları əlaqələndirir.
Bu gün, Beynəlxalq Abidələr və Tarixi Yerlər günündə müsahibimiz martın 3-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri təyin edilmiş Şahin Seyidzadədir.
- Bu günün vacibliyini təsəvvür etmək mümkün deyil. Fikrimcə bu günü abidə və tarixi yerlərin mühafizəsi və qayğısı sahəsində özünəməxsus yekunlaşdırma kimi nəzərdən keçirmək olar. Çünki irsimizin bu "şahidləri"nin mühafizəsi gündəlik əmək tələb edir. Bütün Azərbaycan nəhəng "açıq səma altında muzeydir". Dövlət tərəfindən azad edilmiş ərazilərdə abidələr və tarixi yerlərlə bağlı genişmiqyaslı işlərin aparılması fonunda bu gün, demək olar ki, əlamətdar tarixə çevrilir. Biz, sözün əsl mənasında, xarabalıqlardan öz tarixi keçmişimizi qaytarırıq. Qarabağdakı abidələr əyani şəkildə sübut edir ki, tarixi məhv etmək, yenidən yazmaq mümkün deyil.
- İçərişəhər Azərbaycanın "tarixlə zəngin" yerlərindən biridir. Bir müddət əvvəl Siz "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri təyin edilmisiniz. İndi Siz İçərişəhəri necə hiss edirsiniz?
- İçərişəhər Bakının ürəyidir. O hər kəsi həmişəlik heyrətləndirməklə heç kimi biganə qoymur. Bu, hər birimiz üçün mübahisəsiz həqiqətdir. Qədim şəhər təkcə turistlər üçün deyil, həm də paytaxtımızın qonaqları üçün xüsusi cəlbediciliyə malikdir. Onun dar küçələri yalnız pandemiya vaxtı müvəqqəti olaraq ənənəvi gediş-gəlişdən və insan səslərindən məhrum qaldı. Amma beş yüzdən çox abidə bir gün də olsun öz aktuallığını və dəyərini itirməyib. Onların arasında həm yerli və milli əhəmiyyətli, həm də dünya əhəmiyyətli abidələr var. "İçərişəhər" İdarəsi üçün onların hər biri vacib və əzizdir, onlar bizim daşlarda donub qalmamış milli sərvətimizdir. Siz deyirsiniz ki, İçərişəhər tarixlə zəngindir, amma Qoruğun rəhbəri kimi mənim üçün bura həm də öz sakinləri ilə "yaşayan və nəfəs alan" balaca şəhərdir. İçərişəhər 18 aprel tarixinin təcəssümüdür, yəni bir məkanda tarixi yer və əhalinin toplanmasıdır. Onu qiymətli əşyaların saxlandığı mücrü ilə müqayisə etmək olar. Onun içindəki əşyaları tələsmədən, hər birinin gözəlliyindən zövq alaraq baxıb yerinə qoymaq istəyirsən. Rəmzi olaraq onun qapağını açmaq və bu dəyərlərin mühafizəçisi olmaq mənim üçün böyük şərəf və məsuliyyətdir.
- Sizin peşəkar tərcümeyi-halınız əsasən insanlarla bağlıdır. İndi isə Siz birbaşa tarixi memarlıq abidələri ilə əlaqəli struktura rəhbərlik edirsiniz......və insanlarla əlaqəli! İçərişəhər özünün idarəetmə strukturu olan nadir şəhər-muzey nümunəsidir, buranın bir hissəsində mənzil-kommunal və bərpa idarələri, çoxsaylı muzeylər, Elmi-mədəni mərkəz və hətta özünün Marionet teatrı var. Burada - "qala sakini" - bu günədək yaşayış yerini qürurla qeyd edir və bununla da bəzi ailələrin öz tarixini buradan apardığını vurğulayır... İçərişəhər dərin çoxəsrlik köklərdə cavan qalmaqla yalnız tarixi qeydə alır, o, daşlarda donub qalmır. Ona Şərqin bir çox məqamlarında əks olunmuş incələyi xasdır. Hətta qala boyunca yolu qısaltmağa çalışanda belə, bir darvazadan o birinə asanlıqla keçmək olur. Mən indi dolaşıq küçələri deyil, özünə cəlb edən xüsusi auranı nəzərdə tuturam. Bəzən min dəfə gördüyün qədim memarlıq abidəsi birdən başqa rakursda qarşına çıxır və sən ornamentləri və kölgələr yaradan qəribə siluetləri yenidən görərək onun qarşısında donub qalırsan. Ya da İçərişəhərdə oynayan uşaqlar, çətin ki, orada duran məscidin I Pyotrun Bakını ələ keçirmək cəhdini xatırladığını, amma indi isə müqəddəs surə və ayələrin səsləndirildiyi barədə düşünür. Yaxud da indiki İçərişəhər sakinlərinin əcdadlarının da getdiyi və bu gün fəaliyyət göstərən hamam... Şəhərin rəmzi olan Qız Qalasının ətəyində 1936-cı ildə təəssüf ki, dağıdılmış Müqəddəs Varfolomey məbədinin bünövrəsi üzərində Bakının xristian icmaları anım günü ilə bağlı dualar edirlər. Burada tarixi insanlardan, insanları isə tarixdən çıxarmaq mümkün deyil.
- İdarənin nəzdində həm də istirahət yeri kimi şöhrət qazanmış Qala qoruğu da var.
- "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruğu mədəni dəyər baxımından heç də az əhəmiyyət daşımır. Buranın dövlət və yerli əhəmiyyətli 228 memarlıq abidəsi var. İlk baxışdan nisbətən kiçik ərazi kimi görünsə də, burada nə qədər tarixi təbəqə təqdim olunub. Kiçik bir eksponat vacibliyə görə qəsrli qala ilə rəqabət aparır. Qala qoruğu tətbiqi incəsənət abidələrinin populyarlaşması üzrə işlərin aparıldığı yerlərdən biridir. O, Azərbaycanda abidə və tarixi yerlərin mühafizəsinin nə qədər yüksək qiymətləndirildiyinin gözəl nümunəsidir. Razılaşın ki, Qala bir növ cəlbedici qüvvəyə malikdir. Burada sanki zaman bizim ətrafı qavrayışımızı dəyişir. Biz muzey cığırları ilə hərəkət edərək, sənətkarlara qonaq gedərək, ya da 19-cu əsr yaşayış evini ziyarət edərək əsrdən əsrə səyahət edirik. Mən bir daha vurğulayıram ki, insanlar abidələrlə tanış olmaqla öz tarixini daha yaxından öyrənir. Bizim məqsədimiz odur ki, Azərbaycanın ənənələri bir çox onilliklər keçəndən sonra da maraq oyatsın. Tarixi abidələrə diqqətli yanaşmanın parlaq nümunələrindən biri də ötən il Qalada qəsəbə sakinləri üçün əlamətdar olan və eyniadlı məhəllədə yeganə monumental tikili olan, 17-18-ci əsrlərə aid, yerli sakinlərin "Məhəllə" məscidi adlandırdığı "Tərəkəmə" məscidinin əsaslı bərpa işləri olub. Biz insanlara divarların mənəviyyatla əks-səda verdiyi ibadət yerini mühafizə edərək qaytardıq. Yüzlərlə il əvvəl olduğu kimi bu gün də onun günbəzi altında azan səslənir.
- Siz söhbətinizdə tarixi abidələrlə bağlı vacib fəaliyyətə toxundunuz.
- Bəli, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən müxtəlif həcmdə bərpa işləri aparılır. Məsələn, Böyük Qala küçəsində 3/5 saylı yaşayış evində əsaslı bərpa işləri layihəsini reallaşdırmaq mümkün oldu və bu binanın mənzil sahibləri vətəndaş anlayışı nümayiş etdirdilər. Onlar bizim arqumentləri dinlədilər və nəticədə təkcə tikilinin ilkin formasını qaytarmaq deyil, həm də daxili məkanları tam təmir etmək mümkün oldu. Bütün işlər dövlət vəsaitləri hesabına keçirildi və bu da dövlət üçün tarixi abidələrə qayğının nə dərəcədə prioritet olduğunun daha bir göstəricisidir. Bir müddət əvvəl Qoşa Qala qapıları "Atelier Erich Pummer GmbH" şirkətinin mütəxəssislərinin köməyi ilə "yeni nəfəs" aldı. Hazırda 12-ci əsr qala divarlarının bərpa işləri aparılır. Bu, bizim ən uzunmüddətli layihəmizdir. Bu layihə mərhələli şəkildə, qala divarının bir hissəsindən digərinə keçməklə reallaşdırılacaq. Tezliklə yeni muzeyin qapılarını ziyarətçilər üçün açmağı planlaşdırırıq. Orta əsr Multani və Buxara karvansaralarının bərpa işləri tam sürətlə davam edir.
- Artıq iki aya yaxındır ki, Siz bu cür mühüm tarixi məkana rəhbərlik edirsiniz. Bu müddət ərzində irimiqyaslı Novruz tədbirləri keçirilib. İndi isə təqvimdə bu söhbətə səbəb olmuş bayram yer alır. Tarixin, sözün əsl mənasında, hər addımda olduğu bir sahədə özünüzü nə dərəcədə rahat hiss edirsiniz?
- Fikrimcə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri tarixin rəhbəri deyil. Bu, heç mümkün də deyil! Mənim əsil fəaliyyətim elə 18 aprelin şüarı ilə səslənir: "Tarixi vətənimizi qoruyaq". Bu işdə öz işinin peşəkarları mənim dayağım oldu. Onlar üçün İçərişəhər və Qala qoruqları xüsusi müqəddəs məna kəsb edir. Hər gün onların "zənginliyinə" toxunub və özlərinə məxsus enerjini hiss etməmək mümkün deyil. Əgər mən əvvəllər Qoşa Qala qapılarından keçərkən sadəcə digər məkana keçid edirdimsə, dar küçələrdən sadə sakin kimi keçirdimsə, indi dünənki marşrutlar mənim üçün hər bir kvadrat metrinə görə bilvasitə məsuliyyət zonasına çevrilərək, tamamilə başqa məna kəsb etməyə başlayıb. Hələ bir müddət əvvəl İçərişəhər mənim üçün estetik baxımdan qəbul olunurdusa, artıq bir ay yarımdır ki, mən diqqətlə memarlıq abidəsinin bütövlüyünə zərər vuracaq nəyinsə olmamasına diqqətlə baxıram. Elə İçərişəhərin özü də gözlənilməz tərəflərini göstərməyi sevir. O, hələ də öz növbəsini gözləyən çoxlu tarixi sürprizləri gizlədir. Tarix tələskənlik sevmir və ona layiqli diqqətin göstərilməsini xoşlayır. Bununla belə, İçərişəhər strukturundakı bütün abidələrin kifayət qədər çox yaşı var. Ona görə də onların vəziyyəti planlı şəkildə monitorinqdən keçirilir, sanki doğma və əziz adamın sağlamlığına nəzarət edirsən. Və sənə əsrlər boyunca Bakı xanlığından, Şirvanşahların böyüklüyündən, bu günədək bu möhtəşəm tikililərin adı ilə bağlı şəxslərdən qalan yaddaşı qorumaq və çoxaltmaq tapşırılıb... Tarix toxunma qabiliyyəti əldə etdikdə belə, o, yalnız özünə məxsus olan yüngül ətir kimi qalır. Ona görə də hesab edirəm ki, mənə tarixi vərəsəlik vasitəsilə unikal qüvvə və sonsuzluğa inam bəxş edən bu heyrətamiz sahənin içində olmaq xoşbəxtliyi nəsib olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA