sedanews.az
sedanews.az

Zəngilanın Ağalı kəndi ilə bağlı yeni videoçarx hazırlanıb

13-07-2023, 11:46 187 dəfə baxılıb

    Zəngilan rayonunun Ağalı kəndi ilə bağlı yeni videoçarx hazırlanıb.

“Report”un xəbərinə görə, çarxı Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyi hazırlayıb.
Vaxtilə vətənimizin cənnət guşələrindən biri olan Zəngilanı 30 illik işğaldan sonra tanımaq mümkün deyildi. Şanlı qələbəmizdən, torpaqlarımızın azad edilməsindən çox vaxt keçməsə də, Zəngilan sürətlə dəyişir. Torpaqlarımızın öz sahiblərinə qovuşmasından cəmi 3 il, Zəngilanın Ağalı kənd sakinlərinin ilk köçündən isə 1 il keçir.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə ilk "ağıllı kənd" layihəsi Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilib. Bu kənd tamamilə yenidən qurulub və buruda insanların rahatlığı üçün zəruri olan hər şərait yaradılıb. Bu il, 19 iyulda ağalılar öz qayıdışlarının 1-ci ilini qeyd edəcəklər.
Videoda böyük qələbəmizlə azadlığına qovuşan kəndin 2020-ci ildəki ürəkdağlayan görüntüləri ilə bugünkü fərəhli mənzərələrini müqayisəli şəkildə diqqətinizə təqdim edirik.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA