Sizin reklam burada728x90
Son dəqiqə:
» » Bakı hava limanına hərəkət edən avtobusların hərəkət qrafiki dəyişib

Bakı hava limanına hərəkət edən avtobusların hərəkət qrafiki dəyişib

03.11.2023, 12:31 458 Gündəm Çap et


  "BakuBus" MMC Heydər Əliyev Beynəlxalq Aeroportuna hərəkət edən ekspress avtobus marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edib.
  REAL bu barədə şirkətə istinadən xəbər verir.
  Məlumata görə, “Hava limanı- “Koroğlu” m/s- “28 may” m/s” marşrutu üzrə fəaliyyət göstərən    “Aeroport Express” noyabrın 1-dən etibarən 30 dəqiqə hərəkət intervalı ilə gecə saat 01:00-ə qədər fəaliyyət göstərməyə başlayıb. İndiyə qədər həmin avtobuslar 1 saatlıq intervalla saat 06:00-dan 00:00-a qədər xidmət göstərirdi.