sedanews.az
sedanews.az

Zəfər Bayramı – Təntənə Günü

8-11-2023, 11:57 211 dəfə baxılıb

                         

    Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu beynəlxalq aləmdə nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Ali Baş Komandamızın istedadlı sərkərdəliyi, xalqımızın yenilməz iradəsi, qəhrəman ordumuzun döyüş şücaəti sayəsində illərdən bəri davam edən nəticəsiz danışıqlara 44 zəfərli gün ərzində son qoyuldu, torpaqlarımız işğalçıdan azad edildi.
   Ali Baş Komandanın “Dəmir Yumruq” strategiyası düşmənin başını əzdi.
Azərbaycan xalqının əzmi və yenilməz iradəsi, iqtisadi qüdrəti, müasir dünya standartlarına uyğun ordu quruculuğu xalq-iqtidar vəhdəti Azərbaycanın Vətən müharibəsində misilsiz qələbəsini təmin edən mühüm amil oldu.
  Bu ilki Zəfər Bayramının əlamətdar olmasını şərtləndirən daha bir amil ondan ibarətdir ki, Vətən Savaşının üçüncü ili, - Zəfər Günü bu dəfə rəmzi məna kəsb edən Xankəndi şəhərində keçiriləcəkdir. Paradı Ali Baş Komandan, Prezident cənab İlham Əliyev qəbul edəcəkdir. Hərbi paraddan sonra Zəfər Günü işğaldan azadlığının üçüncü ilini qeyd edəcək qürur rəmzi olan Şuşada davam etdiriləcəkdir.
  Həmçinin düşməndən qənimət kimi götürülən hərbi texnikalar nümayiş etdiriləcəkdir.
Bu parad xalqımızın düşmən üzərində Qələbəsinin rəmzi təntənəsinin təcəssümü kimi mühüm əhəmiyyət kəsb edir.
Bu təntənə, gücümüzü, vətən sevərliyimizi və  milli ləyaqətimizi bütün dünyaya nümayiş rəmzidir!

                                                             Baqir Cəfərli                                       






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA