sedanews.az
sedanews.az

Xankəndidə bəzi binalar yenidən qurulacaq - VİDEO

29-12-2023, 12:23 192 dəfə baxılıb


  İlin layihə memarları müxtəlif nominasiyalar üzrə mükafatlandırıldı
  Yaxın günlərdə Xankəndi şəhərində bir neçə binanın yenidən qurulması işlərinə başlanılacaq.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Heydər Əliyev ili” çərçivəsində növbəti tədbir – müxtəlif nominasiyalar üzrə ilin ən yaxşı layihə memarlarının mükafatlandırılması mərasimində komitənin sədr müavini İlqar İsbatov bildirdi.
   Onun sözlərinə görə, antiterror əməliyyatından sonra minalardan təmizlənmiş digər ərazilərdə də tikinti-quruculuq işlərinə başlanılıb.
   Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov və Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə çıxış etdilər. Ulu öndərin memarlıq sahəsinə olan əbədi sevgisindən danışıldı, bu tədbirin ilk dəfə “Heydər Əliyev ili” çərçivəsində keçirilməsinin rəmzi xarakter daşıdığı bildirildi.
Qeyd edək ki, orijinallığı və yeni konsepsiyaların istifadəsində fərqliliyinə görə seçilmiş ən yaxşı memarlıq layihələrinin müəllifləri - memarlar Marselina Zielinska , Karlis Saltups , Elçin Umudov , Fizuli Əliyev, Əli Məmmədov, Məleykə Novruzlu , Cahangir Məmmədrzayev və Martin Knujit “Çoxmənzilli yaşayış binalarının ”, “İctimai binaların”, “Mədəniyyət və dini abidələrin”, “Landşaft ”, “Binaların bərpası və yenidən qurulması”, “Nəqliyyat, rabitə və mühəndis bina və qurğularının memarlığı” nominasiyaları üzrə təltif edildilər.
REAL







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA