sedanews.az
sedanews.az

Aşağı Əskipara sakinləri evlərinə tələsir

21-04-2024, 20:27 142 dəfə baxılıb

   Qasımovlar ailəsi kəndlərinə geri dönəcəkləri üçün çox sevinclidirlər
"Çox çətin günlər yaşamışıq. Gecə saatlarında avtobuslara doluşub kəndimizlə vidalaşdıq. İndi həmin günlər barədə danışanda kədərimi gizlədə bilmirəm".
   Qasımovlar ailəsinin başçısı 90 yaşlı Tofiq Qasımov, Aşağı Əskipara kənd sakinidir. Ağsaqqal deyir ki, kəndlərinin işğal olunduğu günü bugünkü kimi xatırlayır. Bir gecədə yerlərindən, yurdlarından ayrı düşməyə məcbur qaldılar. Tofiq müəllim o zaman məktəb direktoru işləyirmiş.
Yaşadıqları əzab-əziyyəti unutmayan Minayə xanım, bu illər ərzində bir dəfə olsun ümidsizliyə qapılmadı. Kəndlərinə qayıdacağı günü gözləyir. Qazaxın kəndlərinin qaytarılacağı xəbərini eşidəndən isə sevincinin həddi-hüdudu yoxdur.
  Fərhad Qasımov kənddən çıxanda 30 yaşında idi. Yaşının üzərinə bir o qədər yaş gəlsə də deyir ki, xatirələri ilk günkü kimi təzədir.
Qasımovlar kimi, ailənin digər fərdləri də doğma kəndlərinə qayıdacağı anı səbrsizliklə gözləyir. Abbasəli Nuriyev deyir o, kəndini tərk etməyib, yaralandığı üçün döyüş yoldaşları tərəfindən kənddən çıxarılıb.
   Xatırlatmaq yerinə düşər ki, Aşağı Əskipara Qazax rayonunun ermənilər tərəfindən işğal olunan 7 kəndindən biridir. İşğal olunmazdan əvvəl kənddə 1065 nəfər yaşayırdı. Kəndin 13 nəfər şəhidi var ki, onların əksəriyyəti də Aşağı Əskiparanın müdafiəsi zamanı şəhid olub. Bu gün qazaxlılar kəndlərinə qayıtmağı həyəcanla gözləyir. Qeyd edək ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA